Torpaq fizikası fənnindən bilik yarışması keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və aqrokimya fakültəsinin “torpaqşünaslıq və aqrokimya” ixtisasının II kurs tələbələri arasında ilk dəfə olaraq “Torpaq fizikası” fənnindən bilik yarışması keçirilib.

Yarışın keçirilməsində məqsəd müxtəlif müəllimlər tərəfindən tədris olunan eyni fənnin tələbələr tərəfindən mənimsənilmə səviyyəsinin öyrənilməsi olub. Ümumilikdə 20 sual olmaqla əvvəlcədən tərtib edilən suallar tələbələrə təqdim olunaraq növbə ilə verilən cavablar qiymətləndirilib.

Yarışda I yerə Vaqif Aslanov, II yerə Naibə Mehdiyeva, III yerə Səma Şahvələdova layiq görülərək, fəxri fərmanla təltif olunublar.


Torpaq fizikası fənnindən bilik yarışması keçirilibTorpaq fizikası fənnindən bilik yarışması keçirilibTorpaq fizikası fənnindən bilik yarışması keçirilibTorpaq fizikası fənnindən bilik yarışması keçirilibTorpaq fizikası fənnindən bilik yarışması keçirilibTorpaq fizikası fənnindən bilik yarışması keçirilib