Magistratura səviyyəsinə qəbul qaydaları

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları

ADAU-nun magistratura səviyyəsinə qəbul olmuş şəxslər 21-31 iyul 2023-cü il tarixlərində “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsil alan qeydiyyatı” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlidir.

Qeyd: "portal.edu.az" saytında qeydiyyatdan keçməyən bakalavrlar DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

ADAU-da dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan abituriyentlərin qeydiyyatı üçün tələb olunan sənədlər:
1. Təhsil haqqında sənəd – əvvəlki illərin məzunları üçün diplomun və diploma əlavəsi, cari ilin məzunları üçün universiteti bitirdikləri barədə arayış.
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (oğlanlar üçün)
4. Ödənişli əsaslarla qəbul olunanlar üçün – təhsil haqqının ödənilməsi haqqında qəbz (surəti)
5. İmtiyazın şamil olunması üçün müvafiq sənədlər (Surəti):

• Məcburi köçkün statusu olan bakalavrlar:
- şəxsiyyət vəsiqəsinin surəti
- statusa aid sənədlərinin surətləri

• Valideyn himayəsindən məhrum olmuş (biri vəfat etmiş, digəri birinci və ya ikinci qrup əlil) və ya valideynlərini itirmiş bakalavrlar:
- şəxsiyyət vəsiqəsinin surəti
- Tibbi-sosial ekspert komissiyasının arayışı
- valideynlərin (valideyn) ölüm haqqında şəhadətnaməsi

• I və II dərəcə əlilliyi olan şəxslər bakalavrlar:
- əlil olması barədə Tibbi-sosial ekspert komissiyasının arayışı
- şəxsiyyət vəsiqəsinin surəti

• Qarabağ əlili (Şəhid ailəsinin) övladı olan bakalavrlar:
- şəxsiyyət vəsiqəsinin surəti
- statusa aid sənədlərinin surətləri


Əlavə məlumat üçün Tədris şöbəsinə yaxınlaşa bilərsiz.
tedris@adau.edu.az, 022 2668357


Ali təhsilin magistratura səviyyəsinə elektron sənəd qəbuluna dair təlimat


Sosial şəbəkələrdə paylaş: