2016

2016

17 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində çoxsaylı obyektlərin, o cümlədən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birinci müasir tələbə evinin açılışında iştirak etmişdir.

Kompleksin dörd korpusu yeddi mərtəbəli, bir korpusu isə altı mərtəbəli binalardan ibarətdir. Binada qeydiyyat şöbəsi, zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, fotoatelye fəaliyyət göstərir. Binalarda akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var.

Yataqxanadakı 257 otağın 251-i ikinəfərlik, altısı isə üçnəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx var.

2016201620162016