Tələbə Elmi Cəmiyyəti

Tələbə Elmi CəmiyyətiHaqqında
Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Elmi Cəmiyyəti universitetin tələbələrinin elmi-tədqiqat və elmi-praktiki işinin təşkili həmçinin koordinasiyası üçün yaradılmış və öz fəaliyyətini alim və müəllimlərin iştirakı ilə həyata keçirən tələbə birliyidir.

TEC öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Təhsil Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 22 may 2009- cu il tarixli 295 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin 27.06.2014-cü il 752 nömrəli əmri ilə təsdiq edilmiş “Ali müəssisələrində təhsil alanların elmi-tədqiqat işinin təşkili haqqında” Əsasnaməsini, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinin müvafiq normativ-hüquqi aktlarını, eləcə də rektorun əmr və sərəncamlarını, universitetin Nizamnaməsini rəhbər tutur.


Tələbə Elmi CəmiyyətiTələbə Elmi CəmiyyətiTələbə Elmi CəmiyyətiTələbə Elmi CəmiyyətiTələbə Elmi CəmiyyətiTələbə Elmi Cəmiyyəti


TEC universitetin Elm Şöbəsinə tabedir və universitetin Elmi Şurası qarşısında hesabat verir.

Tələbələrin elmi-tədqiqat işinin əsasının, təşəbbüslərinin formalaşdırılmasına, elmi idrak metoduna yiyələnməsinə kömək etmək məqsədilə onların elmi-tədqiqat, innovasiya fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil edilməsi;

Elmin, təhsilin və praktikanın vəhdəti prinsipinə uyğun olaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, yeni biliklərin yaranması məqsədilə fundamental tədqiqatlara, tədqiqatçılıq, innovasiya fəaliyyətinə və elmi metodların öyrənilməsinə, motivasiyanın yaradılmasına onlarda marağın artırılmasına nail olmaq;

Tələbələrin ixtisas yönümlü tədris materialını dərin və yaradıcı şəkildə mənimsəmələrinə yardım göstərilməsi;

Tələbələrdə seçilən peşəyə yaradıçı münasibətin formalaşdırılması, elmi və praktik işə ən çox istedadlı və bacarıqlı tələbələrin aşkar edilməsi, onların tədqiqatçılıq fəaliyyətinə hazırlanması;

Tələbələrin elmi və praktik tədbirlərinin (müsabiqə, olimpiada, seminar, konfrans, mühazirə, treninqlərin və s.) keçirilməsi;

Tələbələrin, professor-müəllim heyətinin, elmi işçilərin, respublikanın elmi müəssisələrinin nümayən¬dələrinin, ictimai birliklərin iştirakı ilə seminar, dəyirmi masa, konfrans, forumların və elmi və praktik xarakterli digər tədbirlərin təşkili və keçirilməsi;

Tələbələrin innovativ fikirlərinin formalaşmasında, onlara kömək etmək və elmi və innovativ layihələrinə kuratorluq etmək;

Digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əlaqələr yaradılması, tələbə elmi tədqiqat işinin təşkilinə dair mütərəqqi müasir forma və metodların tələbələrin elmi tədqiqat işinə tətbiq edilməsi;

Respublika daxili və xarici ölkələrin alimlərinin seminarları və muhazirələrinin dinlənilməsi, müxtəlif səviyyəli tədbirlər, seminarlar və konfranslar, təlimlər, müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, innovativ tədbirlər, startap yarışlar, intelektual yarışlar, kurslar və s. tədbirlərinin təşkili və keçirilməsində tələbələrin iştirakının təmin edilməsi.


Tələbə Elmi CəmiyyətiTələbə Elmi CəmiyyətiTələbə Elmi CəmiyyətiTələbə Elmi CəmiyyətiTələbə Elmi CəmiyyətiTələbə Elmi Cəmiyyəti
Tələbə Elmi CəmiyyətiTələbə Elmi CəmiyyətiTələbə Elmi Cəmiyyəti

TEC fəaliyyətinin səmərəli təşkili üçün fakültə və ya kafedralarda “Tələbə Elmi Fəaliyyət Qrup”-larının yaradılması.

ADAU Tələbə Elmi Cəmiyyəti “Bir nəzəriyyə və Bir təcrübə” devizi üzərindən fəaliyyət göstərir.

Struktur:


1. ADAU TEC sədri: Əvəz Rəhimli
2. Aqronomluq Fakültəsinin sədri: Könül Babayeva
3. Torpaqşünaslıq və aqrokimya Fakültəsinin sədri: Vüsal Məmmədov
4. Baytarlıq təbabəti Fakültəsinin sədri: Könül Dünyamalıyeva
5. Zoomühəndislik Fakültəsinin sədri: Günel Əmiri
6. Mühəndislik Fakültəsinin sədri: Ziya Məmmədov
7. Aqrotexnologiya Fakültəsinin sədri: Aysel Əsgərova
8. Aqrar iqtisadiyyat Fakültəsinin sədri: Fərid Alməmmədov
9. Aqrobiznes və idarəetmə Fakültəsinin sədri: Fatimə Şirinzadə

Əlaqə


Tel: (+994 51) 566-52-59
E-poçt: adautec.adau@gmail.com
Ünvan: Atatürk prospekti 450, Gəncə şəhəri, Azərbaycan AZ 2000




Azərbaycan Dövlət Aqrar Universitetində TEC-in ənənəvi illik konfransı



Sosial şəbəkələrdə paylaş: