Tələbə kafesi

Tələbə kafesi
Azərbayan mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. "Azərbaycan mətbəxi" - təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir. Azərbaycan mətbəxi - mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir.Təbii ki, mətbəxin yaradılmasına və inkişafına təsir göstərən ən mühüm amil - iqlimdir. Bununla bağlı olaraq, qeyd etmək kifayətdir ki, Azərbaycan Respublikasının ərazisindən 8 iqlim zonası keçir ki, bu da öz növbəsində bu regionun flora və faunasının növ müxtəlifliyini və zənginliyini şərtləndirir, bütün heyvanların və bitkilərin yaşayışları və inkişafları üçün əlverişli şərait yaradır. Bunlar isə, zəngin mətbəx yaradılması üçün əsas bazadır.
Daha çox məlumat üçün: http://mct.gov.az/az/azerbaycan-metbexi




Tələbə kafesiTələbə kafesiTələbə kafesi
Tələbə kafesi
Tələbə kafesiTələbə kafesiTələbə kafesi
Sosial şəbəkələrdə paylaş: