REKTORUN MÜRACİƏTİ

REKTORUN MÜRACİƏTİÖlkəmizin yeganə kənd təsərrüfatı mütəxəssisi hazırlayan ali təhsil müəssəsi olan Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Azərbaycanın ikinci böyük şəhəri, füsunkar mənzərəsi, möhtəşəm abidələri və görməli yerləri ilə seçilən Gəncə şəhərində yerləşir.

1920-ci il noyabrın 13-də təsis edilən Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə: neft sənayesi; elektromexaniki; mühəndis-tikinti; kənd təsərrüfatı və iqtisadiyyat fakültələri yaradılıb. Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə Azərbaycanda ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılıb və bu İnstitut 1931-ci ildə Gəncəyə köçürülüb.

1979-cu ildə yüksək ixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə AKTİ “Şərəf nişanı” ordeni ilə təltif olunub. 1980-ci il dekabrın 16-da Ümummilli Lider Heydər Əliyev Gəncəyə gələrək həmin ordeni Sovetlər İttifaqının rəhbərliyi adından kollektivə təqdim edib.

Yarandığı dövrdən indiyədək Azərbaycan Dövlət Aqrar Universitetində müxtəlif xalqlardan olan 70 minə yaxın yüksək ixtisaslı mütəxəssis hazırlamaqla yanaşı bu gün ən müasir standartlara cavab verən tədris korpusları, yataqxanalar, laboratoriyalar, auditoriyalar və təcrübə mərkəzləri fəaliyyət göstərir. Universitetimiz Aqronomluq, Baytarlıq təbabəti, Mühəndislik, Zoomühəndislik, Torpaqşünaslıq və aqrokimya, Aqrar İqtisadiyyat, Aqrotexnologiya, Aqrobiznes və idarəetmə fakültələri və Magistr hazırlığı mərkəzindən ibarət olmaqla yerli və xarici 6500-dən çox tələbə təhsil alır.

Əziz valideynlər və abituriyentlər! Siz də bütün bu imkanlardan faydalanaraq gələcəyin dayanıqlı kənd təsərrüfatı mütəxəssisi olmaq istəyirsinizsə bizi seçin.

REKTORUN MÜRACİƏTİ


Hörmətlə,
Zəfər Qəzənfər oğlu QURBANOVREKTORUN MÜRACİƏTİ
Rektor, dosent
“Tərəqqi” medallı