Pataloji anatomiya muzeyi

ADAU-nun patoloji anatomiya muzey keçən əsrin 50-70-ci illərində professor Ə.M.Xəlilov və dosent F.İ.Namazov tərəfindən yaradılmışdır. Əvvəllər muzey kiçik bir otaqda yerləşirdi. 2017-ci ildə muzey yeni təmirdən çıxmış , müasir tələblərə cavab verən binaya köçürülmüşdür. Binada dörd otaq vardır. Bunlardan biri muzey üçün ayrılmış, digərlərində heyvan cəsədlərini yarmaq üçün prozektoriya, muzey pereparatları hazırlamaq və reaktivləri saxlamaq üçün köməkçi otaq və sanitar qovşaq yerləşir. Muzeydə patoloji anatomiyanin bütün sahələrini əhatə edən çoxlu sayda maraqlı eksponatlar toplanmışdır. Burada nekrozlara, atrofiyalara, qan dövranı pozuntularına, şişlərə, iltibahlara, yoluxmayan daxili xəstəliklərə, Azərbaycanda geniş yayılmış infeksiyon və invaziyon xəstəliklərə aid 2 minə yaxın eksponat vardı.




Pataloji anatomiya muzeyiPataloji anatomiya muzeyiPataloji anatomiya muzeyi
Pataloji anatomiya muzeyi
Pataloji anatomiya muzeyi
Pataloji anatomiya muzeyi