Qədim dövrlərdən Çində və Yaponiyada əhali bildirçin yetişdirməklə məşğul olmuş, lakin bu quşların əhlilləşdirmə prosesi XX əsrdə başlamışdır. Hal-hazırda dünya üzrə ən geniş yayılan yapon bildirçinləridir (Coturnikx japoniens) və az yayılan faraon cinsidir.
Bildirçin – xırda və tezyetişən quşdur. İri quşların canlı kütləsi 150-160 q olur, dişilərin kütləsi erkəklərdən 20-22% çox olur və bu xüsusiyyətlərə görə dişiləri erkəklərdən ayırmaq asandır. İl ərzində bildirçinin orta kütləsi 10-12 q olan 300-330 yumurta verir. Cinsi yetişkənliyə 40-45 günündə çatır.
Ayrı quş növləri ilə müqayisədə yayılan quş xəstəliklərinə davamlıdır, buna əsasən də bildirçin yumurtaları vaksin və zərdabların hazırlanmasında istifadə edilir. Müasir dövrdə ətraf mühitin böyük dərəcədə çirklənməsi insanlar arasında müxtəlif xəstəliklərin yaranmasına və artmasına səbəb olmuşdur. Son illərdə müxtəlif allergik xəstəliklərin sayı əhəmiyyətli dərəcədə çoxalmışdır. Yaşlı nəslin əksəriyyəti, uşaqların isə 80%-ə qədəri bu və ya digər allergik xəstəliklərdən əziyyət çəkirlər. Həkimlər bildirçin ətini və yumurtasını radioaktiv şüalanmaya və allergiyaya qarşı ən qiymətli vasitə hesab edirlər.

Bildirçin yumurtası çox qiymətli və müalicəvi əhəmiyyətə malik qida maddəsidir. Onun tərkibində çoxlu miqdarda vitaminlər, amin turşuları və mikroelementlər vardır, xolesterin isə tamamilə yoxdur. Bildirçin məhsullarına tələbat ildən-ilə artır. Mütəxəssislərin məlumatlarına görə, bu yumurtalara olan tələbat 4 dəfə çoxdur. Bu quşların yumurtalarını yemək rasionunda istifadə etdikdə orqanizmdən, ən əsası da uşaqlarda, radioaktiv maddələrin çıxarılmasına səbəb olur. Bildirçin əti pəhrizlik xüsusiyyətə malikdir.
Bildirçinləri yaradıldığı yerə və lələklərinin rənginə görə bölürlər. Hal-hazırda yapon, ingiltərə ağ, ingiltərə qara, amerikan albinotik broyler, smokinqli, mərmərli, yapon-tayvan, yapon-sietls, faraon cinsləri və növ müxtəlifliyi var. Qeyd edilən quş növünün müxtəlif növləri – yapon bildirçin formalarının xətləridir.

Qeyd edək ki, son illər həm bildirçinin ətinə, həm də yumurtasına tələbat artmaqdadır. Bildirçin ətinin yağı və xolesterolu aşağı olduğundan alternativ qida kimi insanlar arasında məşhurlaşmaqdadır. Bu məqsədlə Azərbaycan Dövlət Aqrar Universitetində 2015-ci ildən bildirçin yetişdirmə üzrə tədris mərkəzi yaradılıb. Mərkəzin əsas məqsədi tələbələrə tədris prosesinin nəzəri hissəsini çatdırmaq və laboratoriyalar vasitəsilə eksperimental təsərrüfatlarda gələcək peşəsinin praktik biliklərlə sahib olmağa imkanın yaradılmasıdır. Bildirçin yetişdirmə üzrə Tədris mərkəzinin işinin əsas istiqaməti intensiv texnologiya əsasında bildirçinlərin bəslənməsi, müasir şəraitdə bildirçinlərin yetişdirilməsində 3 mərtəbəli qəfəsli batareyalardan istifadə etməklə döşəmə şəraitində yüksək nəticələrin əldə edilməsidir.