2023

Karyera Sərgisi - 2023


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 15-ci “Karyera Sərgisi-2023” keçirilib.

202320232023

Tədbirin açılış mərasimində çıxış edən ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov hər il ənənəvi olaraq keçirilən karyera sərgilərinin əhəmiyyətindən danışıb, məzun olan tələbələrə uğurlar arzu edib. O bildirib ki, sərgidə 75-dən çox təşkilat və şirkət tərəfindən 800-dən çox vakant yer təqdim olunub.

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov məzunlara uğurlar diləyərək tələbələrin ixtisasları üzrə işlə təmin olunmasına dəstək verən şirkət, idarə və müəssisələrin rəhbərlərinə təşəkkür edib.

202320232023

Məzunlara gələcək həyatlarında uğurlar arzulayan Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Rəcəp Öztop keçirilən karyera sərgisinin dövlət-özəl sektor əməkdaşlığının bariz nümunəsi olduğunu qeyd edib.

202320232023

Türkiyənin Ege Universitetinin rektoru Necdet Budak çıxışında bildirib ki, aqrar sahənin inkişafında ADAU-da yüksək səviyyəli kadr hazırlığının aparılması mühüm rol oynayır.

“Agrodairy” şirkətinin icraçı direktoru Niyazi Əmirbəyov, “AzGranata” MMC-nin icraçı direktoru Yusif Ləzgiyev, “Azərsun Holdinq” MMC-nin İnsan resursları departamentinin müdiri Yaşar Savadov təqdim olunan iş yerləri barədə məlumat verib, tələbələri öz karyeralarını qurmaq üçün təqdim olunan iş imkanlarından yararlanmağa çağırıblar.

202320232023202320232023

Sonda təhsili müvəffəqiyyətlə başa vuran tələbələrə sertifikatlar və hədiyyələr təqdim edilib.

202320232023

Açılış mərasimindən sonra iştirakçı şirkət və müəssisələrin təmsilçiləri vakant iş yerləri barədə məzunlara və qonaqlara məlumat veriblər.

Karyera sərgisi çərçivəsində universitetin nüfuzlu məzunları ilə də görüş keçirilib. Görüş çərçivəsində ADAU Məzunlar Assossiasiyasının yaradılması və digər məsələlər müzakirə olunub.


Sosial şəbəkələrdə paylaş: