BAKALAVRİAT - QƏBUL QAYDALARI

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu QAYDALARI


Qəbul olmuş şəxslər 02-12 sentyabr 2022-ci il tarixlərində “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsil alan qeydiyyatı” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlidir.

Qeyd: "portal.edu.az" saytında qeydiyyatdan keçməyən bakalavrlar DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

ADAU-da dövlət sifarişi və ödənişli əsaslarla qəbul olanların qeydiyyatı üçün tələb olunan sənədlər:
1. Attestat, kollec və ya ali təhsil müəssisəsinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom (surəti, əsli ali məktəbə təhvil veriləcək)
2. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar üçün);
3. Şəxsiyyət vəsiqəsi (surəti)
4. Ağ fonda 3x4 ölçüdə fotoşəkil
5. Ödənişli əsaslarla qəbul olunanlar üçün – təhsil haqqının ödənilməsi haqqında qəbz (surəti)
6. İmtiyazın şamil olunması üçün müvafiq sənədlər (Surəti):

• Məcburi köçkün statusu olan bakalavrlar:
- şəxsiyyət vəsiqəsinin surəti
- statusa aid sənədlərinin surətləri

• Valideyn himayəsindən məhrum olmuş (biri vəfat etmiş, digəri birinci və ya ikinci qrup əlil) və ya valideynlərini itirmiş bakalavrlar:
- şəxsiyyət vəsiqəsinin surəti
- Tibbi-sosial ekspert komissiyasının arayışı
- valideynlərin (valideyn) ölüm haqqında şəhadətnaməsi

• I və II dərəcə əlilliyi olan şəxslər bakalavrlar:
- əlil olması barədə Tibbi-sosial ekspert komissiyasının arayışı
- şəxsiyyət vəsiqəsinin surəti

• Qarabağ əlili (Şəhid ailəsinin) övladı olan bakalavrlar:
- şəxsiyyət vəsiqəsinin surəti
- statusa aid sənədlərinin surətləri

Əlavə məlumat üçün Tədris şöbəsinə yaxınlaşa bilərsiz.
tedris@adau.edu.az, 022 266 89 57

Ali və orta ixtisas təhsili müəssisələrinə bakalavriat təhsil səviyyəsi üzrə tələbə qəbulu haqqında video təlimat


Sosial şəbəkələrdə paylaş: