Dövlətimizin aqrar sahəyə göstərdiyi qayğının nəticəsi olaraq respublikamızın 11 bölgəsində torpaq və bitkilərin analiz olunması üçün aqrokimya laboratoriyaları açılmışdır.
Bu tipli laboratoriyanın biri də ADAU-nun aqronomluq fakültəsinin torpaqşünaslıq və aqrokimya kafedrasında quraşdırılmışdır.
Laboratoriyada bitkilərin həyatı üçün zəruri olan bütün makro və mikro elementlər, torpağın aqrokimyəvi, bioloji, su-fiziki, hava və istilik xassələri, torpaq və bitkilərin tərkibində olan ağır metallar, zəhərli maddələr təyin edilir.














