Tələbə Həmkarlar İttifaqı Komitəsi

Tələbə Həmkarlar İttifaqı Komitəsi 1935-ci ildən hüquqi şəxs kimi fəaliyyət göstərir.

Tələbə Həmkarlar İttifaqı KomitəsiKomitənin fəaliyyəti aşağıdakılardan ibarətdir:

- təhsil alanların əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sağlamlığına qayğı göstərilməsi, asudə vaxtının səmərəli təşkili, onlar arasında bədən tərbiyəsi və idmanın, mədəni maarif işinin inkişaf etdirilməsi;

- həmkarlar ittifaqı üzvləri arasından fəalların, həmkarlar ittifaqı işçilərinin hazırlanması;

- həmkarlar ittifaqı üzvlərinə və tabeliyindəki təşkilatlarına metodiki informasiya, hüquqi, maddi və digər yardım növlərinin göstərilməsindən ibarətdir.


Həmkarlar ittifaqı təşkilatı bu istiqamətlərdə fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə ittifaqın nizamnaməsinə əsasən komissiyalar təşkil edir.

Qasımov İbrahim İldırım oğlu
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri

Ünvan: Gəncə şəhəri, Ozan küçəsi 102
Telefon: (+994 99) 730-90-80
E-mail: atiahi-adau-thik@mail.ru
Sosial şəbəkələrdə paylaş: