"ADAU StartUp School 2024" layihəsinə start verilir

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə "Yaşıl Dünya Naminə Həmrəylik İli"nə həsr olunmuş "ADAU StartUp School 2024" layihəsinə qeydiyyat başlayır.

Proqramın məqsədi tələbələri startap sahəsində məlumatlandırmaq və startap ideyalarını üzə çıxarmaqdır. Layihədə 4 kateqoriya üzrə ideyaların qəbulu həyata keçiriləcək.

Proqram əsasında 2 aylıq təlimlər təşkil ediləcək və sonda tələbələr ideyalarını formalaşdıraraq təqdimat edəcəklər. Məktəbi uğurla bitirən startapların gələcəkdə maliyyələşdirilməsi və inkubasiya proqramından keçirilməsi mümkün olacaq.

Qeydiyyat 20 may 2024-cü il tarixinə qədər davam edəcək.

Qeydiyyat linki: https://forms.gle/ZSAQSAWBgm8Ztvbr9


"ADAU StartUp School 2024" layihəsinə start verilir