ADAU-da “Beynəlxalq Bitki Sağlamlığı Günü: Dayanıqlı Kənd Təsərrüfatında Bitki Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən hər ilin 12 may tarixi Beynəlxalq Bitki Sağlamlığı Günü elan edilmişdir. Bununla bağlı olaraq, hər il may ayının 12-də dünyanın bir çox ölkələrində həmin gün bitki sağlamlığının təmin olunması, ətraf mühitin qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Burada əsas məqsəd bitki örtüyünün məhv olunmasının və ərzaq çatışmazlığının aradan qaldırılması, yoxsulluğun azaldılması, həmçinin biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi barədə dünya əhalisinin məlumatlılığının artırılmasından ibarətdir. Bununla bağlı olaraq 14 may 2024-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Beynəlxalq Bitki Sağlamlığı Günü: Dayanıqlı Kənd Təsərrüfatında Bitki Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcəkdir.

Konfransın tərəfdaşları: Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, EGE universitetinin Ziraat fakültəsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Lənkəran Dövlət Universiteti, “Azərpambıq ASK” MMC.

Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis
Konfransda iştirak forması: Əyani
Konfransda aşağıdakı bölmələr üzrə məruzələr qəbul olunur:
• Bitki sağlamlığı sahəsinin inkişafı üzrə prioritetlər;
• Ölkə ərazisi üzrə bitki sağlamlığının izlənilməsi və mövcud vəziyyətin təhlil edilməsi;
• Bitki sağlamlığı sahəsi üzrə ixtisaslı kadrların hazırlanması;
• Bitki sağlamlığı ilə bağlı prioritet sahələr üzrə elmi-tədqiqatların aparılması;
• Bitki sağlamlığı sahəsində dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanması;
• Fitosanitar nəzarəti sahəsində fermerlərin, ailə təsərrüftalarının və sahibkarların maarifləndirilməsi;
• Bitkiləri və bitki sağlamlığını qorumaq üçün monitorinq və erkən xəbərdarlıq sistemlərini gücləndirmək;
• Ətraf mühitin təhlükəsizliyi nəzərə alınaraq, bitki sağlamlığının qorunması üçün davamlı olaraq zərərvericilərin və pestisidlərin idarə olunması;
• Bitki karantini və bitki mühafizə tədbirlərinin tətbiqi;
• Beynəlxalq ticarət və səyahət zamanı zərərli orqanizmlərin yayılması riski;
• Müvafiq orqanlarının bitki sağlamlığı ilə bağlı fəaliyyətlərinin əlaqələndirməsi;
• Bitki biomüxtəlifliyi və monitorinqi;
• Bitkiçilik və bitki sağlamlığı təhsili və maarifləndirmə;
• Bitki sağlamlığı istiqamətində xarici dövlətlərin qabaqcıl təcrübəsinin öyrənilməsi;
• Bitki resurslarının idarə olunması və bu sahədə beynəlxalq təcrübə;
• Qida təhlükəsizliyi sahəsində dövlət siyasətinin istiqamət və prinsipləri;
• BMT-nin 2030-cu il gündəliyinə daxil olan "Sıfır Aclıq" hədəfinə nail olmaq üçün bitkilərin sağlam saxlanmasının vacibliyi;
• Bitki sağlamlığına dair innovasiyaların tətbiqi, tədqiqat və təbliğat işləri üçün investisiyaların təşviqi.
• Torpaq-bitki sistemində su və qida rejiminin nizamlanması;
• Respublika torpaqlarının müasir vəziyyəti

Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
• Məruzələr azərbaycan, türk, rus və ingilis dillərindən (elektron variantda) birində qəbul olunur;
• Məruzənin mətni 4-6 səhifə həcmində, kompyuterdə Microsoft Word formatında, Arial şriftlə (hərflərin ölçüsü -12 pt., interval – 1.5, abzas - 1.25), sətirdən-sətrə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 25 mm, sağdan -15 mm, yuxarı və aşağıdan - 20 mm olmaqla, A4 formatlı standart (210x297 mm) kağızda çap olunmalıdır;
• Mətnin əvvəlində, ortadan qalın və böyük hərflərlə məruzənin adı (azərbaycan, rus və ingilis dillərində), altından bir sətir boş buraxmaqla adi və kiçik hərflərlə məruzəçinin elmi dərəcəsi, elmi adı, adı, atasının adı, soyadı, onun altında işlədiyi təşkilatın və şəhərin adı, ondan da altda müəllifin elektron poçt ünvanı, bir sətir boş buraxılmaqla abzasdan kursiv və kiçik hərflərlə məqalənin yazıldığı dildə qısa xülasə, 5 sözdən ibarət açar sözlər yazılmalıdır.
• Məruzədə istifadə edilmiş istinadlar APA 6 stilində (Məmmədov, 2018) müəllifin və ya müəlliflərin soyadı və çap ili qeyd olunmaqla, istifadə olunmuş ədəbiyyatların siyahısı isə mətnin sonunda əlifba sırası ilə APA 6 stilində göstərilməlidir.
• Materiallar 10 may 2024-cü il tarixinədək conference@adau.edu.az e-mail ünvanına göndərilməlidir.
• Konfransa təqdim olunmuş və təşkilat komitəsi tərəfindən seçilmiş materiallar konfransın materialları toplusunda nəşr ediləcəkdir.
• Konfransda əyani olaraq məruzə ilə çıxış edən şəxslərə sertifikat təqdim ediləcəkdir.
• Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 450, ADAU-nun İnzibati binası, otaq № 23, AZ2000
• Tel: (+99422) 266 23 85
• Web: www.adau.edu.az


ADAU-da “Beynəlxalq Bitki Sağlamlığı Günü: Dayanıqlı Kənd Təsərrüfatında Bitki Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcək