Tələbələr rozmarin bitkisinin yaşıl qələmlərinin çoxaldılması işinə start verib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Aqrar Gənclər Təşkilatının (AGT) təşkilatçılığı ilə biostimulyator məhlulundan istifadə etməklə rozmarin bitkisinin yaşıl qələmlərinin çoxaldılması işinə start verilib.

Bağçılıq kafedrasının müdiri Allahverdi Seyidovun və həmin kafedranın dosenti Fəqan Ağayevin rəhbərliyi ilə həyata keçirilən təcrübədə əvvəlcə tələbələr butil asetatdan istifadə edərək biostimulyator məhlulunun hazırlanması təlimində iştirak ediblər.

Daha sonra tələbələr tərəfindən kəsilən minlərlə rozmarin bitkisinin yaşıl qələmləri, biostimulyator məhlulunda bir neçə saniyə saxlanıb, viyollara əkilərək ADAU-nun istixanalarına yerləşdirilib.

Qeyd edək ki, rozmarin və ya bibəriyyə Aralıq dənizi iqlimində böyüyən və xoş qoxusu ilə tanınan bitkidir. Mətbəxlərimizdə mövcud olan və yeməklərə ləzzətli ətir verən rozmarin sağlamlıq üçün də çox faydalıdır. Tərkibində yüksək miqdarda B, C, D, E və K vitaminləri olan rozmarin qida dəyəri yüksək olan bir bitkidir. Rozmarin, həmçinin dəmir, kalsium və fosforla da zəngindir.


Tələbələr rozmarin bitkisinin yaşıl qələmlərinin çoxaldılması işinə start veribTələbələr rozmarin bitkisinin yaşıl qələmlərinin çoxaldılması işinə start veribTələbələr rozmarin bitkisinin yaşıl qələmlərinin çoxaldılması işinə start veribTələbələr rozmarin bitkisinin yaşıl qələmlərinin çoxaldılması işinə start verib