“StartupFest Gəncə” proqramının açılış mərasimi olub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsi çərçivəsində “StartupFest Gəncə” Proqramının təqdimatı və açılış mərasimi keçirilib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankı tərəfindən birgə həyata keçirilir.

Layihənin iştirakçıları isə Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetidir.

Çıxış edən ADAU-nun elmi işlər üzrə prorektoru Azad İbrahimov tədbir iştirakçılarını Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanovun adından salamlayıb və bu tədbirə ev sahibliyi etməkdən və eyni zamanda sözügedən layihənin universitet olaraq iştirakçısı olmaqdan məmnunluq duyduğunu söyləyib, təlim iştirakçılarına uğurlar arzulayıb.

Sonra Asiya İnkişaf Bankının Layihə İdarəetmə qrupunun rəhbəri Raza Farrukh layihənin bütün tərəfdaşlarına təşəkkürünü bildirib və bu layihənin əsas məqsədinin Azərbaycanda fəaliyyət göstərən texnoloji startaplara dəstək vermək olduğunu söyləyib. Qeyd edib ki, Asiya İnkişaf Bankı bu dəstəklər və təşviqlər nəticəsində Azərbaycanda lazımi innovasiya ekosistemi formalaşmasına və bir çox uğur qazanan startap layihələri olacağına inanır.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri Azər Bayramov çıxış edib və qeyd edib ki, bu layihə çərçivəsində təşkil ediləcək təlimə 71 komanda müraciət edib və münsiflərin qiymətləndirməsi nəticəsində 15 komanda növbəti mərhələyə keçib ki, bu da çox uğurlu nəticədir. Eyni zamanda bu layihənin həm Gəncə-Daşkəsən iqtisadi rayonu üçün həm də ümumillikdə Respublika üçün uğurlu olacağını vurğulayıb.

Sonra isə Azərbaycan Texnologiya Universitetinin Elm və xarici əlaqələr üzrə müşaviri Mayıs Gülalıyev və Gəncə Dövlət Universitetinin İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov çıxış ediblər.

Açılış mərasiminin ardından təlimlərə start verilib. Təlimlər bir ay müddətində davam edəcək və sonda I yerə çıxacaq komandaya Türkiyədəki inkubasiya mərkəzinə təcrübə səfəri, II yerə çıxacaq komandaya təlim kuponu (5 000 AZN dəyərində), III yerə çıxacaq komandaya komandanın hər üzvü üçün Udemy-ə illik abunəlik hədiyyə olunacaq.


 “StartupFest Gəncə” proqramının açılış mərasimi olub “StartupFest Gəncə” proqramının açılış mərasimi olub “StartupFest Gəncə” proqramının açılış mərasimi olub “StartupFest Gəncə” proqramının açılış mərasimi olub “StartupFest Gəncə” proqramının açılış mərasimi olub “StartupFest Gəncə” proqramının açılış mərasimi olub “StartupFest Gəncə” proqramının açılış mərasimi olub “StartupFest Gəncə” proqramının açılış mərasimi olub “StartupFest Gəncə” proqramının açılış mərasimi olub “StartupFest Gəncə” proqramının açılış mərasimi olub “StartupFest Gəncə” proqramının açılış mərasimi olub “StartupFest Gəncə” proqramının açılış mərasimi olub