"Sabahın Kənd Təsərrüfatı" Yay Məktəbi 2 layihəsi davam edir

"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının təşkilatçılığı, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əməkdaşlığı ilə təşkil olunan "Sabahın Kənd Təsərrüfatı" Yay Məktəbi 2 layihəsi davam edir.

Layihə çərçivəsində ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov layihə iştirakçıları ilə görüşərək onlara uğurlar arzulayıb.

Sonra gənclərə aqrar təhsilin önəmi, dünyada baş verən qlobal çağırışlar, Azərbaycanda kənd təsərrüfatının perspektivi ilə bağlı fikirlərini bölüşərək kənd təsərrüfatının inkişafından bəhs edib.


"Sabahın Kənd Təsərrüfatı" Yay Məktəbi 2 layihəsi davam edir"Sabahın Kənd Təsərrüfatı" Yay Məktəbi 2 layihəsi davam edir"Sabahın Kənd Təsərrüfatı" Yay Məktəbi 2 layihəsi davam edir