Əməli və işgüzar yazıların aparılması ilə bağlı təlim keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) əməkdaşlarının əməli və işgüzar yazıların aparılması ilə bağlı biliklərinin təkmilləşdirilməsi üçün təlim baş tutub.

Təlimçi Universitetin Dillər kafedrasının baş müəllimi Günay Abdullayeva "Əməli və işgüzar yazıların aparılmasının təkmilləşdirilməsi" mövzusu ilə çıxış edib. O, dövlət təşkilatlarının tərtib etdiyi rəsmi və işgüzar sənədlərin yazılması qaydalarından danışıb. Həmçinin, işgüzar əlaqələrdə yazışmaların rolu barədə məlumat verib.

Təlimdə iştirak edən inzibati bina və fakültələrdən olan əməkdaşlara Azərbaycan ədəbi dilinin funksional üslubları mövzusunda təqdimatlar da göstərilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.


Əməli və işgüzar yazıların aparılması ilə bağlı təlim keçirilibƏməli və işgüzar yazıların aparılması ilə bağlı təlim keçirilibƏməli və işgüzar yazıların aparılması ilə bağlı təlim keçirilib