İkili diplom proqramı çərçivəsində dərs tədris edən müəllimlərlə növbəti görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində dərs tədris edən müəllimlərlə görüş keçirilib.

Görüşdə ADAU-nun rektoru Zəfər Qurbanov, Türkiyənin Gəncə şəhəri Baş Konsulu Rəcəp Öztop və 2023/2024-cü tədris ilinin payız semestrində Ege Universitetindən ezam olunan bir qrup professor-müəllim heyəti iştirak ediblər.

Çıxış edən Zəfər Qurbanov hər iki qardaş ölkənin diqqət mərkəzində olan ikili diplom proqramının əhəmiyyətindən söz açıb. Rektor qarşılıqlı əməkdaşlıq perspektivlərindən danışarkən hər iki universitetin alimlərinin birgə tədqiqat işlərini həyata keçirməsinin də vacibliyini vurğulayıb.

Rəcəp Öztop professor-müəllim heyətinin işinə uğurlar arzu edərək, bu cür görüşlərin əhəmiyyətindən danışıb.

Görüşdə Türk müəllimlər ADAU rəhbərliyinin onlara göstərdikləri diqqət və qayğıdan razılıqlarını bildiriblər.


İkili diplom proqramı çərçivəsində dərs tədris edən müəllimlərlə növbəti görüş keçirilibİkili diplom proqramı çərçivəsində dərs tədris edən müəllimlərlə növbəti görüş keçirilibİkili diplom proqramı çərçivəsində dərs tədris edən müəllimlərlə növbəti görüş keçirilibİkili diplom proqramı çərçivəsində dərs tədris edən müəllimlərlə növbəti görüş keçirilibİkili diplom proqramı çərçivəsində dərs tədris edən müəllimlərlə növbəti görüş keçirilib