Gəncədə “Startap day” layihəsinin açılışı olub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Startap day” layihəsinin açılışı olub.

“Startap Day” layihəsi Asiya İnkişaf Bankı və Kapital Bankın maliyyə dəstəyi, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Gənclər İnkişaf Naminə İctimai birliyinin təşkilatı dəstəyi və Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı eyni zamanda təşkilatçılığı ilə həyata keçirilir.

Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov qonaqları və tədbir iştirakçılarını salamlayaraq bildirib ki, “Startap day” və bənzəri layihələr universitet tələbələri arasında innovasiya, startaplara olan marağın, fərqindəliyin artırılması və ümumilikdə innovasiya ekosisteminin inkişafı baxımdan çox önəmlidir.

“Kapital Bank”ın Gəncə filialının müdiri Vüqar Paşayev öz çıxışında gənc startapçılar üçün həvəsləndirici mexanizmlərin yaradılması və onların öz ideyalarını təqdim və reklam etmək bacarıqlarını formalaşdırılmasının önəmindən bəhs edib.

Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev çıxışında Gəncə şəhərində yerləşən universitetlərin regionda innovasiya ekosistemin formalaşması və inkişafı üçün həmrəy olmalarının vacibliyini vurğulayıb.

“Metaverse” Azerbaijan startapının təsisçisi, Gənclər İnkişaf Naminə İB-nin icraçı direktoru Tural İsaqov isə gənc startapçılar üçün ölkəmizdə mövcud olan müasir innovasiya ekosistemi barədə məlumat verib və startap ideyalarının maliyyələşmə mexanizmindən bəhs edib.

Son olaraq isə ADAU-nun İnnovasiya Mərkəzinin rəhbəri Elvin Ağayev layihə haqqında ümumi məlumatları tədbir iştirakçılarına çatdırıb.

Tədbir rəsmi açılış proqramının ardından layihənin qeydiyyat mərhələsindən keçən tələbələrlə təlimlərin keçirilməsi ilə davam edib.

Qeyd edək ki, layihənin məqsədi regionda yeni ideyaçıları və startapçıları kəşf etmək innovasiya və startap ekosisteminin formalaşmasına tövhə verməkdir. Layihə 4 modul təlimlərdən və final mərhələsindən ibarət olacaq. Layihədə 150-dən çox tələbə qeydiyyatdan keçib və ümumilikdə 60 ideya daxil olub. Layihənin final mərhələsinin 2024-cü ilin yanvar ayında keçirilməsi planlaşdırılır.


Gəncədə “Startap day” layihəsinin açılışı olubGəncədə “Startap day” layihəsinin açılışı olubGəncədə “Startap day” layihəsinin açılışı olubGəncədə “Startap day” layihəsinin açılışı olubGəncədə “Startap day” layihəsinin açılışı olubGəncədə “Startap day” layihəsinin açılışı olubGəncədə “Startap day” layihəsinin açılışı olubGəncədə “Startap day” layihəsinin açılışı olubGəncədə “Startap day” layihəsinin açılışı olubGəncədə “Startap day” layihəsinin açılışı olub