Gəncədə beynəlxalq forum: Dayanıqlı Ərzaq Təhlükəsizliyində Elm və İnnovasiyaların Rolu

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Nümayəndəliyi ilə birlikdə “Dayanıqlı Ərzaq Təhlükəsizliyində Elm və İnnovasiyaların Rolu” mövzusunda beynəlxalq forum keçirilib.

Forumda əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bildirib ki, FAO tərəfindən 03-05 oktyabr 2023-cü il tarixləri Avropa və Mərkəzi Asiya üçün regional Elm və İnnovasiya Həftəsi olaraq qeyd olunur. Forumun keçirilməsində məqsəd Respublikada elm və innovasiyanın aqrar sahə ilə inteqrasiyasının mövcud vəziyyətini təhlil etmək və gələcək perspektivləri müzakirə etməkdir. Bundan sonrada ADAU ilə FAO arasında əməkdaşlıq sıx davam etdiriləcək. Rektor deyib ki, ADAU aqrar sahənin innovativ inkişafına maraqlıdır və bu istiqamətdə ali təhsil müəssisəsində işlər görülür. Həmçinin, universitetdə fəaliyyət göstərən İnnovasiyalar mərkəzində də bir çox layihələrin icrası nəzərdə tutulub.

FAO Azərbaycan nümayəndəliyinin tərəfdaşlıq və əməliyyatlar üzrə mütəxəssisi Aynur Seidyusif çıxışında dünyada artan əhali sayı və iqlim dəyişikliyi fonunda təbii ehtiyatların azalmasının mütəxəssisləri sərt addımlar atmağa vadar etdiyini deyib: “Kənd təsərrüfatı sahəsində elmin və innovasiyaların inkişafının əhəmiyyəti böyükdür. Burada təkcə, məhsuldarlığın artırılmasından söhbət getmir, həm də biomüxtəlifliyi artıran ekoloji təmiz təcrübələrdən, zərərvericilərin yayılmasının proqnozlaşdırılmasından, suvarmanın optimallaşdırılmasında və quraqlığa davamlı məhsulların yetişdirilməsindən gedir”.

Kənd Təsərrüfatı Nazirliyinin İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov tədbirin əhəmiyyətini diqqətə çatdıraraq təşkilatçılara təşəkkürünü bildirirb. O deyib ki, ölkəmizdə aqrar sahədə innovasiyaların tətbiqi dövlət tərəfindən dəstəklənir. Ərzaq təhlükəsizliyi bütün dövrlərdə insanlıq üçün ən vacib amil olub. İnnovativ texnologiyaların tətbiqi hesabına ənənəvi əkinçilikdən innovativ əkinçiliyə qədəm qoyulub.

İki paneldən ibarət forumun ilk panelinin açılışında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov çıxış edərək ADAU-nun yeni tədris binasının, yataqxana kompleksinin, müasir laboratoriyalarının və yaradılan şəffaf mühitin yüksək keyfiyyətli mütəxəssis hazırlamaq üçün əhəmiyyətini diqqətə çatdırıb. O, dünyada iqlim dəyişikliyi ilə bərabər baş verən proseslərin aqrar sahədə innovasiyaların tətbiqini vacib etdiyini deyib: “Azərbaycan Dövlət Aqrar Universitetində fundamental bilikləri dərindən bilən alimlərin, müasir maddi-texniki bazanın və həvəsli gənc nəslin olması bu sahədə görüləcək işlərin müsbət gələcəyindən xəbər verir”.

Sonra “Zərərvericilərə qarşı inteqrir mübarizə tədbirləri və fumiqasiya” adlı ilk panelin iştirakçıları çıxışlar edib. Çıxışlardan sonra forum iştirakçılarının sualları cavablandırılıb.

İkinci panelinin açılışında çıxış edən Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdürrəhmanov Elm və İnnovasiya Həftəsi çərçivəsində keçirilən forumu yüksək qiymətləndirib.

“Elm və innovasiya Respublikamızda heyvandarlığın davamlı inkişafına necə tövhə verə bilər?: Süni mayalanma və embrion transferi” adlı sonuncu panelin iştirakçıları çıxışlar edib. Çıxışlardan sonra forum iştirakçılarının sualları cavablandırılıb.

Sonda birgə xatirə şəkli çəkdirilib.


Gəncədə beynəlxalq forum: Dayanıqlı Ərzaq Təhlükəsizliyində Elm və İnnovasiyaların RoluGəncədə beynəlxalq forum: Dayanıqlı Ərzaq Təhlükəsizliyində Elm və İnnovasiyaların RoluGəncədə beynəlxalq forum: Dayanıqlı Ərzaq Təhlükəsizliyində Elm və İnnovasiyaların RoluGəncədə beynəlxalq forum: Dayanıqlı Ərzaq Təhlükəsizliyində Elm və İnnovasiyaların RoluGəncədə beynəlxalq forum: Dayanıqlı Ərzaq Təhlükəsizliyində Elm və İnnovasiyaların RoluGəncədə beynəlxalq forum: Dayanıqlı Ərzaq Təhlükəsizliyində Elm və İnnovasiyaların RoluGəncədə beynəlxalq forum: Dayanıqlı Ərzaq Təhlükəsizliyində Elm və İnnovasiyaların RoluGəncədə beynəlxalq forum: Dayanıqlı Ərzaq Təhlükəsizliyində Elm və İnnovasiyaların RoluGəncədə beynəlxalq forum: Dayanıqlı Ərzaq Təhlükəsizliyində Elm və İnnovasiyaların RoluGəncədə beynəlxalq forum: Dayanıqlı Ərzaq Təhlükəsizliyində Elm və İnnovasiyaların RoluGəncədə beynəlxalq forum: Dayanıqlı Ərzaq Təhlükəsizliyində Elm və İnnovasiyaların RoluGəncədə beynəlxalq forum: Dayanıqlı Ərzaq Təhlükəsizliyində Elm və İnnovasiyaların RoluGəncədə beynəlxalq forum: Dayanıqlı Ərzaq Təhlükəsizliyində Elm və İnnovasiyaların RoluGəncədə beynəlxalq forum: Dayanıqlı Ərzaq Təhlükəsizliyində Elm və İnnovasiyaların RoluGəncədə beynəlxalq forum: Dayanıqlı Ərzaq Təhlükəsizliyində Elm və İnnovasiyaların Rolu