Gəncədə şagirdlərlə karyera planlaması ilə bağlı görüşlər start götürüb

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində regionda müxtəlif məktəblərdə təhsil alan şagirdlərlə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əməkdaşları tərəfindən karyera planlaması mövzusunda silsilə görüşlərə başlanıb.

Tədbirdə çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bu cür tədbirlərin əhəmiyyətini diqqətə çatdıraraq, gənclərə düzgün karyera planlamasının onların gələcək həyatlarında mühüm rol oynadığını bildirib. O deyib ki, karyera planlaması iş həyatında müəyyən uğurlar əldə etmək istəyən hər kəs tərəfindən edilməlidir. Unutmamaq lazımdır ki, yaxşı karyera üçün zaman, çalışmaq və planlama əsas şərtlərdir.

Çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov seçim qarşısında qalan gənclərə öz tövsiyələrini verib. Rektor diqqətə çatdırıb ki, karyera planlaması dedikdə ali ixtisas seçimindən başlayıb iş həyatının sonuna qədər olan bütün fəaliyyətlər nəzərdə tutulur. Təbii ki, bu qədər uzun müddətdə sərf edilən enerjinin daha yaxşı nəticəsi verməsi üçün gənclərin düzgün formada istiqamətlənməsinə yəni karyera planlamasına ehtiyacı var.

Sonra ADAU-nun tanıtım çarxı nümayiş olunub.

Daha sonra çıxış edən Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədov, İnsan resursları şöbəsinin müdiri Günay Rəfiyeva, Təcrübə və karyera mərkəzinin müdiri Gülnaz Əsgərova və TGT sədri Nizami Məmmədov şagirdlərə müxtəlif mövzularda aqrar təhsilin üstünlükləri, müasir dövrümüzdə kənd təsərrüfatı mütəxəssislərinə olan tələbat və digər mövzular barədə təqdimatlar ediblər.

Sonda görüşdə aktiv iştirak edən şagirdlərə ADAU rəhbərliyi tərəfindən qiymətli hədiyyələr təqdim olunub.


Gəncədə şagirdlərlə karyera planlaması ilə bağlı görüşlər start götürübGəncədə şagirdlərlə karyera planlaması ilə bağlı görüşlər start götürübGəncədə şagirdlərlə karyera planlaması ilə bağlı görüşlər start götürübGəncədə şagirdlərlə karyera planlaması ilə bağlı görüşlər start götürübGəncədə şagirdlərlə karyera planlaması ilə bağlı görüşlər start götürübGəncədə şagirdlərlə karyera planlaması ilə bağlı görüşlər start götürübGəncədə şagirdlərlə karyera planlaması ilə bağlı görüşlər start götürübGəncədə şagirdlərlə karyera planlaması ilə bağlı görüşlər start götürübGəncədə şagirdlərlə karyera planlaması ilə bağlı görüşlər start götürübGəncədə şagirdlərlə karyera planlaması ilə bağlı görüşlər start götürübGəncədə şagirdlərlə karyera planlaması ilə bağlı görüşlər start götürübGəncədə şagirdlərlə karyera planlaması ilə bağlı görüşlər start götürübGəncədə şagirdlərlə karyera planlaması ilə bağlı görüşlər start götürübGəncədə şagirdlərlə karyera planlaması ilə bağlı görüşlər start götürübGəncədə şagirdlərlə karyera planlaması ilə bağlı görüşlər start götürübGəncədə şagirdlərlə karyera planlaması ilə bağlı görüşlər start götürübGəncədə şagirdlərlə karyera planlaması ilə bağlı görüşlər start götürüb