ECAR Erasmus+ layihəsinin Fransadan olan tərəfdaşı CPU-nun təşkilatçılığı ilə bir həftəlik təlimlər davam edir

22-26 noyabr tarixlərində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Azərbaycanda Rektorlar Konfransının yaradılması məqsədini daşıyan layihə çərçivəsində Avropa Rektorlar Konfransının təcrübələrinin öyrənilməsinə həsr olunmuş 2-ci komponentin icrasına başlanıb.

İkinci komponentin əsas məqsədi layihə tərəfdaşı olan Avropa Rektorlar Konfransının təcrübəsini öyrənməkdir. Bu məqsədlə tərəfdaş universitet nümayəndələrindən ibarət 30 nəfərlik koordinasiya komitəsi yaradılmışdır.

Komissiyanın ilk səfəri 22-26 noyabr tarixlərində Fransada keçirilir. Belə ki, Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEİ) təşkilatçılığı ilə həyata keçirilən bu görüşdə Fransa təhsil sistemi və Fransa Rektorlar Konfransının ali təhsildə rolu, təşkilati strukturu, maliyyələşmə mexanizmi, üzvlük qaydaları, strateji məqsədləri, beynəlxalq əlaqələri və CPU-nun digər maraqlı tərəfdaşlarla əməkdaşlığı haqqında iştirakçılara ətraflı məlumat verilməsi planlaşdırılır.

Səfərin sonunda CPU-nun universitetlərlə qarşılıqlı əməkdaşlığının öyrənilməsi məqsədilə Sarbon Universitetinə səfər də nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Küşvər Məmmədova da qeyd olunan səfər çərçivəsində Fransadadır.

ECAR Erasmus+ layihəsinin Fransadan olan tərəfdaşı CPU-nun təşkilatçılığı ilə bir həftəlik təlimlər davam edirECAR Erasmus+ layihəsinin Fransadan olan tərəfdaşı CPU-nun təşkilatçılığı ilə bir həftəlik təlimlər davam edirECAR Erasmus+ layihəsinin Fransadan olan tərəfdaşı CPU-nun təşkilatçılığı ilə bir həftəlik təlimlər davam edir