Müsabiqənin elan edilməsi haqqında ƏMR

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nın 1-ci bəndinin 1.3 yarım bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1. “Aqrar iqtisadiyyat” və “Baytarlıq təbabəti” fakültələrinin dekanı vəzifəsini tutmaq üçün müsabiqə elan edilsin.

2. Tapşırılsın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müsabiqə barədə elan universitetin rəsmi internet səhifəsində yerləşdirilsin.

ƏSAS: Tədris işləri üzrə prorektor Əhməd Məlikovun təhriri məruzəsi.

Rektor
Zəfər Qurbanov