Almaniyada Beynəlxalq Onlayn Qış Semestri layihəsində iştirak üçün qəbul elan olunub

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Almaniyanın Vaynştefan-Trizdorf Tətbiqi Elmlər Universiteti (HSWT) arasında mövcud əməkdaşlıq müqaviləsinə uyğun olaraq, Universitetimizin həm bakalavr, həm də magistr tələbələri HSWT-nin elan etdiyi Beynəlxalq Onlayn Qış Semestri 2024/2025 layihəsində iştirak edə bilərlər.

Tərəfdaş universitetdən olan iştirakçıların sayı məhdud deyil və hər tələbə üçün €72 tələbə haqqı tələb olunur. Təhsil üçün seçilən fənlərin maksimum sayı 30 kreditlə məhdudlaşır.

Proqramda iştirak etmək istəyən tələbələr əlavə edilmiş Excel faylını doldurmalı və aşağıda qeyd edilən e-mail ünvana göndərməlidirlər: Rahil.muradov@adau.edu.az

Son müraciət tarixi: 31 may 2024

Proqram haqqında əlavə məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

Personal information

Module Manual International Online Semester

INTERNATIONAL ONLINESEMESTER