Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in nümayəndələri Aqrar Universitetdə olublar

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin bir qrup əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

Qurumun Daxili Nəzarət departamentinin rəisi Yusif Qəmərli, müavini Əliağa Paşayev, Kadrlar departamentinin rəisi Rauf Abbasov, müavini Fuad Əsgərov və Gəncə Ərazi idarəsinin rəisi Fizuli Əliyev əvvəlcə ADAU rəhbərliyi ilə görüşüblər.

Görüşdə Universitetin rektoru Zəfər Qurbanov yerquruluşu istiqamətində ali təhsil müəssisəsinin maddi-texniki bazası və yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün mövcud olan imkanlarından söz açıb. Rektor bildirib ki, burada aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətləri bazar torpaq münasibətləri, yüksəklik qurşağı və suvarma əkinçiliyi şəraitində torpaq ehtiyatlarından səmərəli istifadənin və onların mühafizəsinin təşkilinə dair nəzəriyyənin və elmi-metodiki əsasların işlənməsindən ibarətdir.

Rauf Abbasov Aqrar Universitetdə olmaqdan məmnun olduğunu bildirərək, qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək layihələrdən danışıb. Təmsil etdiyi qurumun əsas hədəflərindən birinin ADAU ilə birgə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması və məzunların işlə təmin olunmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

Daha sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin əməkdaşları ilə Aqrotexnologiya fakültəsinin bir qrup tələbəsi arasında görüş keçirilib. Görüşdə karyera imkanları və müasir standartlara cavab verən mütəxəssislərə olan tələbatdan danışılıb, tələbələrin sualları cavablandırılıb.


Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in nümayəndələri Aqrar Universitetdə olublarDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in nümayəndələri Aqrar Universitetdə olublarDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in nümayəndələri Aqrar Universitetdə olublarDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in nümayəndələri Aqrar Universitetdə olublarDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in nümayəndələri Aqrar Universitetdə olublarDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in nümayəndələri Aqrar Universitetdə olublarDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in nümayəndələri Aqrar Universitetdə olublar