Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyətinin Stokholma olan səfəri başa çatıb

Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində layihə konsorsiumunun üzvü olan Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyətinin İsveç Krallığının Stokholm şəhərinə olan səfəri sona çatıb.

21-25 avqust tarixlərini əhatə edən səfər çərçivəsində KTH Kral Texnologiya Universitetində sahibkarlıq və innovasiya mövzularında məhsuldar təlimlər keçirilib. Təlimlərdə koordinator universitetin rektoru Şahin Bayramov və digər tərəfdaş universitetlərin prorektorları, inzibati və akademik heyət üzvləri, o cümlədən Polşanın Bydgoszc İqtisadiyyat Universitetinin əməkdaşları iştirak ediblər.

Səfərin əsas məqsədi universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi, ali təhsil müəssisələrində innovasiya və sahibkarlıq fəaliyyətlərinin səmərəli təşkili istiqamətində İsveç təcrübəsinin öyrənilməsi olub.

Təlimlərdə KTH Kral Texnologiya Universitetinin müvafiq sahələr üzrə məsul nümayəndələri və professorları Viktor Kordas, Oleksii Pasichnyi, Kristina Nyström, Johan Blaus, Olga Kordas, Donnie Lygonis, Pia Schmidt sahibkarlığın gücləndirilməsi-sahibkarlıqda təhsil, innovasiya, sahibkarlıq və vençurların yaradılması, texnologiya əsaslı sahibkarlıq, ali təhsil və tədqiqatda innovasiyalar, sahibkarlıq və innovasiyaların inkişafında beynəlxalq layihələr kimi mühüm mövzularda təqdimatlar nümayiş etdirərək qabaqcıl təcrübələrini bölüşüblər.

Təqdimatlar üzrə Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri xarici partnyorlarla geniş müzakirələr və fikir mübadilələri aparıblar. Tədbir iştirakçıları, eyni zamanda İsveç İnnovasiyalar Agentliyinin mövcud fəaliyyəti, İsveçin Strateji İnnovasiya Proqramı haqqında ətraflı məlumatlar əldə ediblər. İsveç təcrübəsi ilə yanaşı nümayəndə heyəti ali təhsildə sahibkarlıq və innovasiyanın tətbiqi üzrə Polşanın WSG Universitetinin təcrübəsi ilə tanış olublar.

Səfər proqramına əsasən təlimlərin yekununda layihə tərəfdaşlarının növbəti fəaliyyətlər və koordinasiya məsələləri üzrə görüşü baş tutub, müzakirələr aparılaraq tapşırıqlar müəyyənləşdirilib.


Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyətinin Stokholma olan səfəri başa çatıbAzərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyətinin Stokholma olan səfəri başa çatıbAzərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyətinin Stokholma olan səfəri başa çatıb