“ATS Food” MMC ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb

“ATS Food” MMC-nin nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.

“ATS Food” MMC-nin İcraçı direktoru Tural Hacıyev, İnsan resursları və inzibati işlər departamentinin direktoru Həbib Vəliyev və Şəmkir İstehsal Sahəsinin direktoru Rasim Şərəfov nümayəndə heyətinin tərkibində olub.

Universitetin rektoru Zəfər Qurbanov qonaqları salamlayaraq, ADAU-nun yerli və transmilli şirkətlərlə əməkdaşlığa verdiyi önəmdən bəhs edib. Ali təhsil müəssisəsinin əsas məqsədinin dayanıqlı kənd təsərrüfatı mütəxəssisi hazırlamaq olduğunu deyən rektor, universitetin müasir laboratoriyaları, təcrübə imkanları və şəffaf təhsil sistemi barədə də məlumat verib.

Tural Hacıyev Azərbaycan Dövlət Aqrar Universitetində olmaqdan məmnun olduğunu bildirərək təmsil etdiyi MMC-nin fəaliyyət istiqamətləri və imkanları barədə danışıb.

Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri, məzunların işlə təmin olunması, tələbələrin təcrübə imkanlarının genişləndirilməsi və digər məsələlər müzakirə edilib.

Sonda “ATS Food” MMC ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.


“ATS Food” MMC ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb“ATS Food” MMC ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb“ATS Food” MMC ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb“ATS Food” MMC ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb“ATS Food” MMC ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb