ADAU-ya yeni qəbul olan tələbələr üçün Orientasiya proqramı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) 2023/2024-cü tədris ilində qəbul olan tələbələr üçün Orientasiya proqramı təşkil olunub.

Proqram çərçivəsində rektor Zəfər Qurbanovun rəhbərliyi, prorektorların və müxtəlif şöbələrin əməkdaşlarının iştirakı ilə bütün fakültələrin I kurs tələbələri ilə məlumatlandırıcı silsilə görüşlər baş tutub.

Görüşlər zamanı çıxış edən Zəfər Qurbanov tələbə adını qazanan gəncləri təbrik edərək onlara universitetin təlim-tədris prosesi, gələcəkdə əldə edə biləcəkləri təhsil imkanları və xaricdə təhsil proqramları haqqında ətraflı məlumat verib. Rektor deyib ki, Azərbaycan Dövlət Aqrar Universitetini seçən hər bir gənc gələcəyin dayanıqlı kənd təsərrüfatı mütəxəssisi olmaq üçün şans qazanır, bu şansı dəyərləndirə bilmək üçün isə çox çalışmaq lazımdır.

Orientasiya proqramı çərçivəsində sosial şəbəkələrdə aktivlik və ADAU haqqında, tədrisin, imtahanların təşkili və keçirilməsi, fövqəladə vəziyyətlə bağlı, daxili intizam qaydaları və gənclər təşkilatlarının fəaliyyəti haqqında tələbələrə təqdimatlar edilib.

Həmçinin, tədbirlərdə Aqrar Universitetin tanıtım çarxı da nümayiş olunub.

Daha sonra tələbələr təhsil aldıqları fakültələrin maddi-texniki bazası ilə əyani formada yaxından tanış olublar.


ADAU-ya yeni qəbul olan tələbələr üçün Orientasiya proqramı keçirilibADAU-ya yeni qəbul olan tələbələr üçün Orientasiya proqramı keçirilibADAU-ya yeni qəbul olan tələbələr üçün Orientasiya proqramı keçirilibADAU-ya yeni qəbul olan tələbələr üçün Orientasiya proqramı keçirilibADAU-ya yeni qəbul olan tələbələr üçün Orientasiya proqramı keçirilibADAU-ya yeni qəbul olan tələbələr üçün Orientasiya proqramı keçirilibADAU-ya yeni qəbul olan tələbələr üçün Orientasiya proqramı keçirilibADAU-ya yeni qəbul olan tələbələr üçün Orientasiya proqramı keçirilibADAU-ya yeni qəbul olan tələbələr üçün Orientasiya proqramı keçirilibADAU-ya yeni qəbul olan tələbələr üçün Orientasiya proqramı keçirilibADAU-ya yeni qəbul olan tələbələr üçün Orientasiya proqramı keçirilib