ADAU tələbələri calaq vurmada bacarıqlarını nümayiş etdiriblər

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin bir qrup tələbəsi üçün təlim keçilib.

Aqronomluq fakültəsinin “Bağçılıq və tərəvəzçilik” ixtisasının II və IV kurs, eləcə də “Aqronomluq” ixtisasının III kurs tələbələrinə mütəxəssislər tərəfindən Universitetin Tədris-təcrübə təsərrüfatının intensiv tipli meyvə bağında "Meyvə bitkilərinə tətbiq edilən müxtəlif calaq növləri və calağın aparılma texnikası" mövzusunda təlim keçilib.

Sonda meyvə ağacları üzərində əyani şəkildə calaq vurma əməliyyatlarının mexanizmi tələbələrə göstərilib. Prosesdə iştirak edən tələbələr əyani calaq vurmada icraçı kimi bacarıqlarını nümayiş etdiriblər.


ADAU tələbələri calaq vurmada bacarıqlarını nümayiş etdiriblərADAU tələbələri calaq vurmada bacarıqlarını nümayiş etdiriblərADAU tələbələri calaq vurmada bacarıqlarını nümayiş etdiriblərADAU tələbələri calaq vurmada bacarıqlarını nümayiş etdiriblərADAU tələbələri calaq vurmada bacarıqlarını nümayiş etdiriblərADAU tələbələri calaq vurmada bacarıqlarını nümayiş etdiriblər