ADAU-nun rektoru Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetində olub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinə səfər edib.

Səfər çərçivəsində keçirilən Rektorlar Konfransında dünyanın müxtəlif ölkələrindən 20-ə yaxın aqrar yönümlü universitetlərin rektorları iştirak etmişdir.

Konfrans zamanı birgə elmi-tədqiqat, layihə eyni zamanda ikili diplom proqramlarının həyata keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.

Həmçinin, Z.Qurbanov Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetində magistratura səviyyəsində təhsil alan ADAU məzunları ilə görüş keçirib, onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, ADAU ilə Almaniya Federativ Respublikasının ali təhsil müəssisələri ilə geniş təcrübə mübadiləsi həyata keçirilir. Azərbaycan Dövlət Aqrar Universitetinin “Menecment” (alman proqramı) ixtisasında təhsil alan onlarla tələbə hər il Almaniyaya Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinə magistratura təhsili almaq üçün gedirlər.


ADAU-nun rektoru Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetində olubADAU-nun rektoru Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetində olubADAU-nun rektoru Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetində olubADAU-nun rektoru Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetində olubADAU-nun rektoru Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetində olubADAU-nun rektoru Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetində olubADAU-nun rektoru Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetində olub