ADAU-nun bir qrup əməkdaşı Koreyanın Seul şəhərində səfərdə olub

Asiya İnkişaf Bankı (AİB), Asian Development Bank Institute və CAREC Programı Azərbaycan, Gürcüstan Qazaxıstan və Özbəkistandan olan dövlət nümayəndələri və ali təhsil müəssisələrinin əməkdaşları üçün Koreya Respublikasının Seul şəhərinə startap sahəsi üzrə tədris səfəri təşkil edib.

"Təlim və Koreya nümunəsi: Universitetlər zəngin startap ekosistemlərinin qurucusu kimi" adlı tədbirdə Azərbaycandan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin nümayəndələri iştirak ediblər.

4 günlük tədbir çərçivəsində iştirakçılar Koreyanın startap mərkəzlərinə səfər edib, AİB İnstitutu, habelə Koreyanın ali təhsil müəssisələri və bilik mərkəzlərindən olan ekspertlərlə uğurlu startap ekosisteminin müxtəlif aspektlərini müzakirə edib və öz təcrübələrini bölüşüblər.

Səfərin məqsədi startap sahəsində Koreya və iştirakçı ölkələr arasında bilik və bacarıqların mübadiləsini, habelə Koreyanın uğurlu startap nümunələrinin öyrənilməsini təşkil etməkdir.

Tədris səfəri AİB və Vətəndaşlara Xidmət Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə reallaşdırdığı "Azərbaycanda Yerli Texnoloji Startapların İnkişafına Dəstək" texniki yardım layihəsi çərçivəsində təşkil olunub. Layihə Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondu tərəfindən maliyyələşdirilir.


ADAU-nun bir qrup əməkdaşı Koreyanın Seul şəhərində səfərdə olubADAU-nun bir qrup əməkdaşı Koreyanın Seul şəhərində səfərdə olubADAU-nun bir qrup əməkdaşı Koreyanın Seul şəhərində səfərdə olubADAU-nun bir qrup əməkdaşı Koreyanın Seul şəhərində səfərdə olub