ADAU-da Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Universitetin rektoru Zəfər Qurbanov bildirib ki, 30 il işğal altında qalan torpaqlarımızı Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə azad etməklə bərabər, Xocalı faciəsi qurbanlarının və doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin qisasını aldılar. Şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində bir çox torpaqlarımız kimi, Xocalı şəhəri də separatçılardan təmizləndi.

Daha sonra videoçarx nümayiş olunub. Tədbir tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.


ADAU-da Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilibADAU-da Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilibADAU-da Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilibADAU-da Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilibADAU-da Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilibADAU-da Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilibADAU-da Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilibADAU-da Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilibADAU-da Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilib
ADAU-da Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilib