ADAU-da tədbir: Vətən Müharibəsi xatirələrdə

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 27 Sentyabr – Anım Gününə həsr olunan “Vətən Müharibəsi xatirələrdə” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən İctimai elmlər kafedrasının müdiri Azad Bayramov bildirib ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. 27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.

Sonra İctimai elmlər kafedrasının müəllimləri Səbinə Əlizadə, Çinarə Səfərova və tələbələrdən David Novruzov, Ləman Rəfiyeva çıxış edərək qəhrəman əsgər və zabitlərimizin igidliklərindən söhbət açıblar.


ADAU-da tədbir: Vətən Müharibəsi xatirələrdəADAU-da tədbir: Vətən Müharibəsi xatirələrdəADAU-da tədbir: Vətən Müharibəsi xatirələrdəADAU-da tədbir: Vətən Müharibəsi xatirələrdəADAU-da tədbir: Vətən Müharibəsi xatirələrdəADAU-da tədbir: Vətən Müharibəsi xatirələrdəADAU-da tədbir: Vətən Müharibəsi xatirələrdəADAU-da tədbir: Vətən Müharibəsi xatirələrdə