ADAU-da Novruz tonqalı alovlandırılıb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Novruz bayramı münasibətilə şənlik keçirilib.

Əvvəlcə tədbir iştirakçıları universitetin Mühəndislik korpusunun həyətində fakültələrin və tələbə təşkilatlarının Novruz bayramı münasibətilə hazırladıqları guşələrlə tanış olub, tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Çıxış edən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ali təhsil müəsissəsinin professor-müəllim, tələbə və texniki heyətini Novruz bayramı münasibətilə təbrik edib.

Baharın yurdumuza xoşbəxtlik, bolluq və firavanlıq gətirməsini diləyib.

Sonra Novruz tonqalı yandırılıb, Novruz bayramına həsr olunan musiqilər səsləndirilib, rəqslər ifa olunub, səhnəciklər nümayiş etdirilib. Kosa ilə Keçəlin gəlişi isə tədbirə xüsusi rəng qatıb.


ADAU-da Novruz tonqalı alovlandırılıbADAU-da Novruz tonqalı alovlandırılıbADAU-da Novruz tonqalı alovlandırılıbADAU-da Novruz tonqalı alovlandırılıbADAU-da Novruz tonqalı alovlandırılıbADAU-da Novruz tonqalı alovlandırılıbADAU-da Novruz tonqalı alovlandırılıbADAU-da Novruz tonqalı alovlandırılıbADAU-da Novruz tonqalı alovlandırılıbADAU-da Novruz tonqalı alovlandırılıbADAU-da Novruz tonqalı alovlandırılıbADAU-da Novruz tonqalı alovlandırılıbADAU-da Novruz tonqalı alovlandırılıb