ADAU-da insan resursları sahəsində karyera qurmağın yollarından danışılıb

“Business Service Centre” MMC-nin bir qrup əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) əməkdaş və tələbələr üçün təlim keçib.

İnsan resursları departamentinin əməkdaşları - Təhminə Dəmirova, Günel Mövsümova və Şəfəq Visali tərəfindən keçirilən təlimdə insan resursları sahəsində karyera qurmaq və mütəxəssis kimi yetişməyin yollarından danışılıb.

ADAU-nun ev sahibliyi etdiyi tədbirdə Gəncə şəhərindəki ali və orta ixtisas müəssisələrindən olan komandalar arasında “HR müsahibəsi” yarışması maraqla qarşılanıb.

Yarışma teatrallaşdırılmış şəkildə şərti seçilmiş insan resursları mütəxəsislərinin iş müsahibəsi zamanı öz bilik və bacarıqlarını sərgiləmək məqsədi ilə təşkil olunub. Münsiflərin və iştirakçıların rəyi ilə ADAU komandasının üzvləri qalib olublar.

Qaliblər şirkətin xüsusi təlim kurslarında iştirak etmək hüququ qazanıb.


ADAU-da insan resursları sahəsində karyera qurmağın yollarından danışılıbADAU-da insan resursları sahəsində karyera qurmağın yollarından danışılıbADAU-da insan resursları sahəsində karyera qurmağın yollarından danışılıbADAU-da insan resursları sahəsində karyera qurmağın yollarından danışılıb