ADAU-da iftar süfrəsi təşkil olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) rəhbərliyin təşəbbüsü ilə ali təhsil müəssisəsinin əməkdaşları üçün iftar süfrəsi açılıb.

Çıxış edən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov deyib ki, hər zaman dövlətimizin və ordumuzun ətrafında sıx birləşməliyik. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun istənilən düşmən təxribatının qarşısını uğurla aldığını diqqətə çatdırıb. Həmçinin bildirilib ki, Ramazan ayında iftar süfrələrinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi məqsədlər naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.

Sonra dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbətlər açılıb.


ADAU-da iftar süfrəsi təşkil olunubADAU-da iftar süfrəsi təşkil olunub