ADAU-da dərs tədris edən Ege Universitetinin pedaqoji heyətinin Müəllimlər Günü qeyd olunub

Türkiyədə hər il 24 noyabrda qeyd edilən Müəllimlər Günü münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd ikili diplom proqramı çərçivəsində ADAU-da dərs tədris edən Ege Universitetinin pedaqoji heyətinin Müəllimlər Günü bayramını təbrik etmək olub.

Tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov Türk müəllimləri səmimi qəlbdən təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Bildirib ki, Azərbaycan və Türkiyə ali məktəbləri arasında həyata keçirilən ikili diplom proqramı ölkəmizin kənd təsərrüfatı sahəsində dayanıqlı kadrların yetişdirilməsinə öz töhfəsini verəcək.

Türkiyənin Gəncədəki Baş Konsulu Rəcəp Öztop da müəllimləri təbrik edib. Baş Konsul müəllimlik peşəsinin şərəfli və müqəddəs peşə olduğunu diqqətə çatdırıb.

Görüşün sonunda ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələr müəllimlərini təbrik edib, xatirə şəkli çəkdirilib.



ADAU-da dərs tədris edən Ege Universitetinin pedaqoji heyətinin Müəllimlər Günü qeyd olunubADAU-da dərs tədris edən Ege Universitetinin pedaqoji heyətinin Müəllimlər Günü qeyd olunubADAU-da dərs tədris edən Ege Universitetinin pedaqoji heyətinin Müəllimlər Günü qeyd olunubADAU-da dərs tədris edən Ege Universitetinin pedaqoji heyətinin Müəllimlər Günü qeyd olunubADAU-da dərs tədris edən Ege Universitetinin pedaqoji heyətinin Müəllimlər Günü qeyd olunubADAU-da dərs tədris edən Ege Universitetinin pedaqoji heyətinin Müəllimlər Günü qeyd olunubADAU-da dərs tədris edən Ege Universitetinin pedaqoji heyətinin Müəllimlər Günü qeyd olunubADAU-da dərs tədris edən Ege Universitetinin pedaqoji heyətinin Müəllimlər Günü qeyd olunubADAU-da dərs tədris edən Ege Universitetinin pedaqoji heyətinin Müəllimlər Günü qeyd olunubADAU-da dərs tədris edən Ege Universitetinin pedaqoji heyətinin Müəllimlər Günü qeyd olunubADAU-da dərs tədris edən Ege Universitetinin pedaqoji heyətinin Müəllimlər Günü qeyd olunubADAU-da dərs tədris edən Ege Universitetinin pedaqoji heyətinin Müəllimlər Günü qeyd olunub