ADAU-da 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası start götürüb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası start götürüb.

Yanvarın 7-dən başlayan imtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası təşkil olunub. Həmçinin, valideynlərin, KİV və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasının gedişində iştirakına şərait yaradılıb.

Tələbələrin biliyinin qiymətləndirilməsində müxtəlif formaların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, imtahanların qəbulu test və yazılı formada təşkil edilir.

Universitetin rektoru Zəfər Qurbanov imtahanların gedişini izləyərək, tələbələrə uğurlar arzu edib. O bildirib ki, imtahanların yüksək səviyyədə keçirilməsi üçün bütün texniki-təşkilati işlər yüksək səviyyədə aparılıb. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən asılı olaraq yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah da fəaliyyət göstərəcək.

Qeyd edək ki, imtahan sessiyası 5 fevral tarixinədək davam edəcək.


ADAU-da 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası start götürübADAU-da 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası start götürübADAU-da 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası start götürübADAU-da 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası start götürübADAU-da 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası start götürübADAU-da 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası start götürübADAU-da 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası start götürüb