İsveçdə "Dövlət sektorunda innovasiya" üzrə bacarıqların inkişafı proqramı qəbul elan edir

İsveç Lund Universiteti tərəfindən təsis olunan "Dövlət sektorunda innovasiya" üzrə bacarıqların inkişafı proqramı layihəsi Azərbaycan, Ermənistan, Moldova və Ukrayna vətəndaşlarına açıq olub, şəhər təbiətinə (urban nature) əsaslanan həllər üçün idarəetmədə innovasiya sahəsi üzrə bacarıqların inkişafına yönəlmiş DİM 2030 Gündəliyinə əsaslanır.

Proqram 35-50 yaş arası karyerasında müəyyən uğurlara imza atmış, yaxşı ingilis dili biliklərinə yiyələnmiş, QHT, akademiya və ya dövlət qurumlarında çalışan, həmçinin şəhərlərdə təbii resursların idarəetməsi sahəsi ilə sıx bağlı olan şəxslər üçün nəzərdə tutulub.

Tədris müddəti: 13.09.2022-30.06.2023

Dərsin formatı: Hibrid (virtual və Lund şəhərində)

Son müraciət tarixi: 17 iyun 2022-ci il

Müraciətin açıq olduğu ölkələr: Azərbaycan, Ermənistan, Moldova və Ukrayna

Maliyyələşdirmə: Proqram ödənişsizdir.

İsveçə gediş/gəliş nəqliyyatı və yemək xərcləri İsveç hökuməti tərəfindən qarşılanır.

https://www.lunduniversity.lu.se/admissions/professional-education/capacity-building-programmes/innovation-public-sector?fbclid=IwAR1MEOj58gH9VlOLDUaeROWLf_TmdO8luo770ZiLudDlme6urIr409x-6-E