“Müstəqilliyin Bərpası Günü”nün qeyd edilməsi barədə ƏMR

“Müstəqilliyin Bərpası Günü”nün universitetdə keçirilməsi məqsədilə

ƏMR EDİRƏM:

1. Fakültə dekanlarına tapşırılsın ki, ictimai təşkilatlarla birlikdə “Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş “Müstəqilliyimiz daimidir, dönməzdir, əbədidir” adlı tədbirlər, yığıncaqlar, intellektual oyunlar və “Müstəqilliyin Bərpası Günü”nü əks etdirən filmlər nümayiş etdirilsin.

2. 18 oktyabr 2023-cü il tarixində il dərs saatları “Müstəqilliyin Bərpası Günü”nə həsr edilsin.

3. Əmr www.adau.edu.az internet səhifəsində yerləşdirilsin.

4. Ümumi şöbə (V.Hüseynova) əmrin çoxaldılaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

Əsas: Tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təhriri məruzəsi.

Rektor
Zəfər Qurbanov