Aqrar İnnovasiya və Startaplar Forumu

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və ADAU-nun birgə təşkilatçılığı ilə 20 dekabr 2023-cü il tarixində "2-ci Aqrar Startaplar Forumu" keçiriləcək.

Forumun keçirilməsində məqsəd aqrar innovasiyaların fermerlər, sahibkarlar, gənclər arasında təbliği və təşviqi, regionlarda aqrar startapların inkişafı, rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsindən ibarətdir.

Forum Gəncə Dövlət Filarmoniyasında saat 11:00-da baş tutacaq.

Əlaqə telefonu: 022 266 23 85


Aqrar İnnovasiya və Startaplar Forumu