“Gəncə terroru”nun qeyd edilməsi barədə ƏMR

Gəncə şəhərində baş verən Terror aktının universitetdə qeyd olunması məqsədilə

ƏMR EDİRƏM:

1. Fakültə dekanlarına tapşırılsın:
1.1. İctimai təşkilatlarla birlikdə professor-müəllim heyəti və tələbələr Gəncə şəhərində baş verən terror ərazisinə ziyarəti təşkil edilsin;
1.2. İctimai təşkilatlarla birlikdə fakültələrdə “Gəncə terroru”na həsr olunmuş xüsusi toplantılar, konfranslar, mühazirələr keçirilsin və “Gəncə terroru”nu əks etdirən foto-rəsm sərgilərin və filmlərin nümayişi təmin edilsin.

2. “Gəncə terroru” ilə bağlı məlumatlar www.adau.edu.az saytında yerləşdirilsin.

3. Ümumi şöbə (V.Hüseynova) əmrin çoxaldılıb aidiyyəti struktur bölmələrə çatdırılmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət Tərbiyə işlər üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

Əsas: Tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təhriri məruzəsi.

Rektor
Zəfər Qurbanov