ERASMUS+ çərçivəsində tələbələr üçün Sloveniya Respublikasının Nova Gorica Universitetində təhsil imkanı

Sloveniya Respublikasının Nova Gorica Universiteti ERASMUS+ çərçivəsində 2022/2023-cü tədris ilinin yaz semestri üçün aşağıda adları qeyd olunan ixtisaslar üçün tələbələrə müraciət imkanları təqdim edir.

- Üzümçülük
- Enologiya
- Üzvi/ekoloji əkinçilik
- Aqroturizm
- Ekologiya (atmosferin çirklənməsi və kənd təsərrüfatı ilə bağlı qlobal istiləşmə)
- Baytarlığın bəzi aspektləri (məsələn, baytarlıq klinikaları, Zoomühəndislik fakültəsinin ixtisaslarına aid-balıqçılıqda praktik yerləşdirmələr).

Proqrama yalnız 2-ci və 3-cü kurs bakalavr tələbələri müraciət edə bilər.

Baytarlıq təbabəti ixtisasının 2-ci,3-cü, 4-cü və 5-ci kurs tələbələri müraciət edə bilər.

Proqrama müraciətin son tarixi: 30.11.2022

Proqrama müraciət üçün zəruri sənədlərin siyahısı:

1. CV
2. Motivasiya məktubu
3. Akademik transkript (ortalama balı 85 baldan yuxarı olmaqla)
*Qeyd: tələb olunan sənədlər ingilis dilində qəbul edilir.

Sənədlər hazır olduqdan sonra ird@adau.edu.az mailinə göndərilməlidir.