ADAU-nun məzunları üçün növbəti vakansiyalar

1. Vakansiya - Proqramçı

İş yeri: "Aqrar tədarük və təchizat" ASC Bakı, Azərbaycan

İşin təsviri:

Yeni layihələrin qrup və ya fərdi şəkildə yaradılması, mövcud layihələrin dəstəklənməsi və inkişaf etdirilməsi;

Javacript dilində həm sıfırdan yazılması, həm də müxtəlif kitabxanalardan və nümunələrdən istifafə edərək onların layihə tələblərinə uyğun elektron formaların və qrafiklərin hazırlanıb uyğunlaşdırılması.

Ali təhsil (İT və əlaqəli ixtisaslar üzrə);

Məlumat:

AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə;

Həftə içi 5 gün saat 09:00-18:00;

Nahar: 13:00-dan 14:00-dək;

Korporativ nömrə (korporativ paket);

Əmək haqqı: ştat cədvəlinə uyğun;

Ünvan: Bakı şəhəri.

2. Vakansiya - Baytar

İş yeri:

Kürdəmir (Azərsun - Kənd Təsərrüfatı Məhsulları MMC)

Tələblər:

Baytarlıq sahəsi üzrə ali təhsil;

Sahə üzrə ən az 3 il təcrübə;

MS Office proqramlarının mükəmməl biliyi;

İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;

Komanda ilə işləmək və ünsiyyət bacarığı;

Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.

3. Vakansiya - Aqronom

Tələblər:

Aqronomluq ixtisası üzrə ali təhsil almış olmalı;

Sahə üzrə ən az 1 il iş təcrübəsi.

İş haqqında:

Əkiləcək bitkilərin veqetasiya inkişafi dövründə suvarma diaqramını müəyyən etmək və diaqrama uygun həyata keçirmək;

Ərazidə olan alaq otlarına, xəstəlik və zərər vericilərə qarşı kimyəvi mübarizə aparmaq;

Bitkilərin normativə uygun seyrəldilməsini təşkil etmək;

Veqetasiya suvarmaların vaxt və normasını təyin etmək;

Müşahidə olunacaq zərərvericiləri və xəstəlikləri təyin etmək;

Kimyəvi mübarizələrin aparılma vaxtı və istifadə olunan işçi məhlulun miqdarını təyin etmək;

Ərazilərdə şum, reyper, mala, səpin, kultivasiya və suvarmaların aparılmasını təşkil etmək;

Bitkilərin əkinində Aqrotexniki tədbirlərin keyfiyyətli aparılmasını təmin etmək;

Məhsul toplanmasında verilən normaya uygun məhsul göndərilməsini təmin etmək.

İş şərtləri:

İş qrafiki: həftə içi 5 gün

İş yeri:

Qubadlı rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

4. Vakansiya - Bioloq (AZƏRSUN)

İş yeri: Kürdəmir rayonu

Tələblər:

Biologiya, mikrobiologiya, biokimya və tibb sahəsində ali təhsil;

Müvafiq sahədə iş təcrübəsi olması üstünlükdür;

MS Office və Outlook proqramlarından istifadə edə bilməli;

İngilis dili bilməli, rus dili (arzuolunandır).

Diqqətli və məsuliyyətli olmalı.

İş haqqında:

Qida məhsullarında, ərzaq xammalında və qatqı maddələrində mikrobioloji analizləri aparmaq;

İstehsalatın sanitar-gigiyena şəraitinə nəzarət etmək;

Keyfiyyətə Nəzarət Planına uyğun istehsalat sahələrindən nümunələr götürmək;

İstifadəsində olan cihaz, avadanlıqların kalibrasiyasını (nizamlanma) və periodik qulluğunu təmin etmək;

Laboratoriyada təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını yerinə yetirmək;

Mikrobioloji analizlərin nəticələrini rəhbərliyə təqdim etmək, uyğunsuzluq olduğu təqdirdə istehsalı dayandırmaq.

5. Vakansiya - Baytar (2 nəfər)

İş yeri: R-Agro MMC, İmişli rayonu

Tələblər:

Ali təhsil (Baytarlıq ixtisası üzrə)

Təcrübə arzu ediləndir (İş fermer təsərrüfatı üçün nəzərdə tutulub).

6. Vakansiya - Amoris MMC Qusar və Ağsu rayonları və yaxın ərazilərdə yaşayan ADAU məzunlarını "Aqronom" və "Aqronom köməkçisi" vakansiyaları üzrə işə qəbul edir.

Tələblər:

Sahə üzrə ali təhsil (magistr təhsili arzu ediləndir);

Müvafiq sahədə iş təcrübəsi arzu ediləndir;

Aqrotexniki və aqrokimyəvi tədbirlər barədə biliklər;

Kənd təsərrüfatı texnikaları ilə bağlı spesifik məlumatlar, işləmə prinsipləri barədə biliklər;

Analitik düşünmə bacarığı;

Microsoft Office bilikləri;

İş yeri: Qusar, Ağsu rayonu (Yaxın ərazilər)

Əmək haqqı: Təcrübəyə əsasən dəyişəcəkdir.

Qeyd: Müvafiq vakansiyalara müraciət etmək istəyənlər aqrokadr.az portalına daxil olaraq #iselanları bölməsindən vakansiyaya müraciət edə bilərlər.

Müraciət üçün link: http://aqrokadr.az/job/search-jobs

Əlavə olaraq öz CV formalarını karyera@adau.edu.az elektron ünvanına göndərə bilərlər.