ADAU-nun bakalavr səviyyəsinə qəbul olmuş abituriyentlərin nəzərinə!

Qəbul olmuş şəxslər 05-14 sentyabr 2023-cü il tarixlərində “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsil alan qeydiyyatı” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlidir.

Qeyd: "portal.edu.az" saytında qeydiyyatdan keçməyən abituriyentlər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

ADAU-da dövlət sifarişi və ödənişli əsaslarla qəbul olanların qeydiyyatı üçün tələb olunan sənədlər:
1. Attestat, kollec və ya ali təhsil müəssisəsinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom (surəti, əsli ali məktəbə təhvil veriləcək)
2. Şəxsiyyət vəsiqəsi (surəti)
3. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar üçün);
4. Ağ fonda 3x4 ölçüdə fotoşəkil
5. Ödənişli əsaslarla qəbul olunanlar üçün – təhsil haqqının ödənilməsi haqqında qəbz (surəti)
6. İmtiyazın şamil olunması üçün müvafiq sənədlər (Surəti).
7. Sağlamlıq haqqında arayış

Qeyd. Yuxarıda qeyd olunmuş sənədlər tədris prosesi başlandıqdan sonra fakültə dekanlığına təhvil verilməlidir.

Əlavə məlumat üçün Tədris şöbəsinə yaxınlaşa bilərsiz.
tedris@adau.edu.az, 022 266 89 57

İmtiyazın şamil olunduğu statusu təsdiq edən sənədlər:
ADAU-nun bakalavr səviyyəsinə qəbul olmuş abituriyentlərin nəzərinə!ADAU-nun bakalavr səviyyəsinə qəbul olmuş abituriyentlərin nəzərinə!ADAU-nun bakalavr səviyyəsinə qəbul olmuş abituriyentlərin nəzərinə!ADAU-nun bakalavr səviyyəsinə qəbul olmuş abituriyentlərin nəzərinə!