ADAU-da 2022/2023-cü tədris ilinin yay semestri təşkil olunacaq

Yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla aşağıdakı məqsədlə təşkil olunur:

 akademik borcların ləğv edilməsi;
 fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil
müəssisəsi və AMEA tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması
 müvəffəq qiymət alınmış fənn üzrə qiymətin yüksəldilməsi;
 ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi tələbələrinə
müvafiq kreditlər qazanmasına şəraitin yaradılması.
Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditin ümumi həcmi 10-dan artıq olmamalıdır.

Müvafiq qaydaların tələblərinə uyğun olaraq, imtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər) üzrə
müəyyən edilmiş dərslərin 50 faizindən çoxunda iştirak etdiyi halda o, həmin fəndən (fənlərdən) yay
semestrində iştirak etmək hüququna malikdir.

Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 həftədir. İmtahan müddəti 1 həftədən artıq
olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir. Qiyabi təhsil forması üzrə müddət (nəzəri
təlim və imtahan müddəti) 3 həftədir.

Yay semestrində iştirak etmək istəyən tələbələr ərzə ilə dekanlığa və akademik məsləhətçiyə (tyutora)
müraciət etməlidir.

Yay semestrinə qeydiyyatın 18.07.2023 tarixinədək aparılacaqdır.

Yay semestri 24 iyul – 19 avqust tarixinlərində nəzəri təlim, 21-26 avqust tarixinlərində imtahanlar
keçirəcəkdir.