"28 May Müstəqillik Günü"nün qeyd edilməsi haqqında ƏMR

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
ƏMR
№MİHO/12.15-3-2022-174


Gəncə şəhəri
19.05.2022 il


"28 May Müstəqillik Günü"nün
qeyd edilməsi haqqında


"28 May Müstəqillik Günü"nün qeyd edilməsi ilə bağlı

ƏMR EDİRƏM:


1. Fakültə dekanlarına tapşırılsın ki, ictimai təşkilatlarla birlikdə mayın 25-də "28 May Müstəqillik Günü"nə həsr olunmuş tədbirlər keçirilsin və "Müstəqillik Günü"nü əks etdirən film nümayiş etdirilsin.

2. Əmr Universitetin internet səhifəsində yerləşdirilsin.

3. Əmr ADAU-nun “Aqrar mütəxəssis” qəzetində dərc edilsin.

4. Ümumi şöbə (V.Hüseynova) əmri çoxaldaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

ƏSAS: tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təhriri məruzəsi.

Rektor
İbrahim Cəfərov