“27 sentyabr Anım Günü”nün qeyd edilməsi barədə ƏMR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən

ƏMR EDİRƏM


Fakültə dekanlarına tapşırılsın:

1.1. İctimai təşkilatlarla birlikdə professor-müəllim heyəti və tələbələrin Gəncə şəhər Şəhidlər Xiyabanına ziyarəti təşkil edilsin;
1.2. 27.09.2023-cü il tarixində ilk dərs saatları “27 sentyabr Anım Günü”nə həsr edilsin;
1.3.İctimai təşkilatlarla birlikdə “27 sentyabr Anım Günü” ilə əlaqədar olaraq müharibə əlilləri və iştirakçılarına, habelə şəhid ailələrinə ziyarət təşkil edilsin;
1.4. İctimai təşkilatlarla birlikdə fakültələrdə “27 sentyabr Anım Günü”nə həsr olunmuş xüsusi toplantılar, konfranslar, mühazirələr keçirilsin və 27 sentyabr Anım Günü”nü əks etdirən foto-rəsm sərgilərin və filmlərin nümayişi təmin edilsin.

2. İctimai təşkilatlar universitetin bina və eyvanlarından Azərbaycan Dövlət bayrağının asılmasını təmin etsinlər.

3. “27 sentyabr Anım Günü” ilə bağlı məlumatlar www.adau.edu.az saytında yerləşdirilsin.

4. Ümumi şöbə (V.Hüseynova) əmrin çoxaldılıb aidiyyəti struktur bölmələrə çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət Tərbiyə işlər üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

Əsas: Tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təhriri məruzəsi.


Rektor
Zəfər Qurbanov