26 iyun “Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nün qeyd edilməsi barədə ƏMR

26 iyun “Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nün universitetdə qeyd edilməsi ilə bağlı

ƏMR EDİRƏM:

1. Fakültə dekanlarına tapşırılsın:
1.1. İctimai təşkilatlarla birlikdə 26 iyun “Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” ilə bağlı professor-müəllim heyəti və tələbələr Gəncə Şəhər Şəhidlər Xiyabanına ziyarəti təşkil edilsin;
1.2. İctimai təşkilatlarla birlikdə 24.06.2023-cü il tarixində 26 iyun “Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbirlər keçirilsin və Silahlı Qüvvələr gününü əks etdirən film nümayiş etdirilsin.

2. Əmr ADAU-nun www.adau.edu.az internet səhifəsində yerləşdirilsin.

3. Ümumi şöbə (V.Hüseynova) əmri çoxaldaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

Əsas: Tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təhriri məruzəsi.

Rektor vəzifəsini icra edən:
Zəfər Qurbanov